Yaxın Şərq
Suriyada druz lider öldürüldü
Suriyanın Suveyda əyalətində druzların tanınmış liderlərindən Şeyx Mahir Felhut Hikmət əl-Hicriyə bağlı silahlı qruplar tərəfindən öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası "El-İhbariye" yerli mənbələrə istinadən məlumat yayıb.
Felhut, qondarma Milli Qvardiya tərəfindən iki gün saxlanıldıqdan sonra qətlə yetirilib. Hadisə əvvəlcə Hicri qüvvələri tərəfindən Şeyx Raid əl-Metninin işgəncə ilə öldürülməsindən sonra baş verib.
Suveyda əyalətindəki Şərəfli İnsanlar İcmasının (Tecemmuu Rical əl-Kerame) liderlərindən Leys əl-Belus "El-İhbariye"yə bildirib ki, Hicri qüvvələri devrilmiş lider Bəşər Əsəd rejiminin adamları ilə əməkdaşlıq edir. Belus hadisəni “son vaxtlar cəmiyyətimizə daxil olmuş çox iyrənc bir hərəkət” olaraq qiymətləndirib və Hicri qüvvələrinin geri dönüşü olmayan yola girdiyini vurğulayıb.
Belus, həmçinin qeyd edib ki, qondarma Milli Qvardiya Suveyda əyalətində Əsəd rejiminin adamları ilə əməkdaşlıq edir və Hikmət əl-Hicri Suriyanın hazırkı vəziyyəti ilə əlaqə saxlayan hər kəsi vətənə xəyanətdə ittiham edir.
Xatırladaq ki, 13 iyulda Suveyda əyalətində bədəvi ərəb tayfaları ilə druz silahlı qruplar arasında qarşıdurmalar baş vermiş, Suriya təhlükəsizlik qüvvələrinə edilən hücumlarda onlarla hərbçi həyatını itirmişdi. Qısa müddətli atəşkəs razılaşmasına baxmayaraq, bölgədə gərginlik davam edir.
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
















.jpg)

.jpg)






.png)

.jpg)






