Yaxın Şərq
Səudiyyə Ərəbistanından əcnəbilərə ŞAD XƏBƏR
2026-cı ildən etibarən xarici vətəndaşlar və qurumlar Səudiyyə Ərəbistanında daşınmaz əmlak sahibi ola biləcəklər. Ölkə rəhbərliyi bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etməyə hazırlaşır.
Publika.az Səudiyyə mediasına istinadla xəbər verir ki, bunu ölkənin bələdiyyələr və tikinti naziri Məcid əl-Həqil yerli televiziyaya müsahibəsində deyib.
Nazir qeyd edib ki, əcnəbilər Məkkə, Mədinə, Ciddə və ər-Riyad şəhərləri istisna olmaqla, istənilən yerdə daşınmaz əmlak sahibi ola biləcəklər. Əlavə edib ki, adıçəkilən dörd şəhərdə müəyyən bölgələrdə xarici vətəndaşlara daşınmaz əmlak sahibi olmaq icazəsi veriləcək. Ümumiyyətlə, ölkədə yaşayan əcnəbilər yalnız bir daşınmaz əmlak ala bilərlər.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının Daşınmaz Əmlak İdarəsinin xarici mülkiyyət məsələləri üzrə icraçı direktoru Fəhəd bin Süleyman adıçəkilən şəhərlərdə xaricilərin mülkiyyət sahibi ola biləcəkləri ərazilərin qiymətləndiriləcəyini və bu barədə yeni qaydalarla birlikdə yaxın zamanda açıqlama veriləcəyini vurğulayıb. O, həmçinin, bu ərazilərin çox geniş olacağını və böyük infrastruktur layihələrini əhatə edəcəyini qeyd edib. Yeni qanunlara əsasən, Məkkə və Mədinə şəhərlərində yalnız İslam dininə etiqad edən əcnəbilər daşınmaz əmlak ala biləcəklər.
Yeni qanun təkcə fərdlərə deyil, həm də Səudiyyə Ərəbistanı səhm bazarında iştirak edən şirkətlərə, investisiya fondlarına və xüsusi məqsədli qurumlara da ölkənin bütün bölgələrində, o cümlədən Məkkə və Mədinənin müəyyən ərazilərində daşınmaz əmlaka sahib olmaq imkanı verəcək. Lakin bu, Səudiyyə Ərəbistanı Maliyyə Bazarı İdarəsi ilə koordinasiya edəcək və digər əlaqəli qurumların müəyyən edəcəyi qaydalara əsaslanacaq.
Qeyd olunur ki, xarici vətəndaşlar tərəfindən daşınmaz əmlak alışına 5%-dən çox olmayan vergi tətbiq olunacaq.
Yeni sistemin əsas məqsədi daşınmaz əmlak sektorunun Ümumi Daxili Məhsulda (ÜDM) payını artırmaq və ölkə iqtisadiyyatında neftdən asılı olmayan müxtəlif gəlir mənbələri yaratmaqdır.
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu






































