Yaxın Şərq
ABŞ və İran arasında həlledici müharibə qərarı: Tamam, yoxsa davam?
ABŞ və İran arasında gərginliyin azaldılması istiqamətində mühüm addım atıla bilər. Hazırda tərəflər mövcud atəşkəs rejiminin daha iki həftə müddətinə uzadılması imkanlarını müzakirə edirlər.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi müzakirələrin gedişatına bələd olan mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti bildirib ki, nə Vaşinqton, nə də Tehran hərbi əməliyyatların yenidən başlamasını istəyir.
Qeyd olunur ki, davam edən münaqişə İranın infrastrukturuna ciddi ziyan vurmaqla yanaşı, dünya bazarında enerji daşıyıcılarının qiymətinin kəskin artmasına səbəb olub. Bu iqtisadi zərbələr hər iki ölkəni geri addım atmağa məcbur edir.
Digər tərəfdən, Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tahir Andrabi mövzu ilə bağlı ehtiyatlı danışıb. O bildirib ki, İslamabad hələlik ABŞ və İran arasında keçiriləcək sülh danışıqlarının ikinci raundunun dəqiq tarixini açıqlaya bilmir. Diplomata görə, hələlik nə amerikalılar, nə də iranlılar yeni görüşlə bağlı rəsmi razılıq verməyiblər.
Müəllif: Adəm
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO























.png)

.jpg)














