Yaxın Şərq
Tarixdə ilk: İran Hörmüzdən qazanmağa başladı
İran dövlət tarixində ilk dəfə olaraq strateji əhəmiyyətli Hörmüz boğazından keçid üçün rüsum toplamağa başlayıb. Toplanan ilk vəsait artıq ölkənin Mərkəzi Bankına daxil olub.
Publika.az xəbər verir ki, bu barədə İran parlamentinin sədr müavini Həmidrza Hacı Babayi yerli "Mehr" agentliyinə açıqlama verib.
Parlament rəsmisi bildirib ki, boğazdan gəmilərin keçidinə görə tətbiq edilən ilk rüsum gəlirləri artıq dövlət hesabına köçürülüb. Hazırda daxil olan vəsaitin dəqiq məbləği və rüsumların yığılma mexanizmi barədə əlavə təfərrüat verilmir.
Xatırladaq ki, Hörmüz boğazı dünya neft daşımalarının təxminən 20%-ni təmin edən qlobal əhəmiyyətli su yoludur. Fars körfəzi ilə Oman körfəzini birləşdirən bu keçid beynəlxalq enerji təhlükəsizliyində həlledici rol oynayır. İranın rüsum tətbiq etməyə başlaması Tehranın bölgədəki strateji nüfuzunu artıracaq.
Müəllif: Adəm
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma






































