Yaxın Şərq
İsrail ABŞ-dan “yaşıl işıq” gözləyir - “Bu dəfəki hücum fərqli və ölümcül olacaq”
İsrail Müdafiə Qüvvələri (İDF) İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin müdafiə naziri İsrael Kats bəyanat yayıb.
Onun sözlərinə görə, əsas məqsəd İranın iqtisadi infrastrukturunu tamamilə məhv etmək və ölkənin ali rəhbərliyini aradan qaldırmaqdır.
"İsrail İrana qarşı müharibəni bərpa etməyə hazırdır. İsrail Müdafiə Ordusu həm müdafiə, həm də hücum üçün tam hazırlıqlı vəziyyətdədir", — deyə Kats nazirliyin mətbuat xidməti tərəfindən yayılan videomüraciətində bildirib.
Nazir təhdid dolu çıxışında İsrailin ən sərt şəkildə hərəkət edəcəyini və İran iqtisadiyyatını tamamilə çökdürməyi planlaşdırdığını vurğulayıb.
Kats həmçinin işarə edib ki, Ali Rəhbər Ayətullah Əli Xameneinin öldürülməsindən sonra İsrail onun oğlu və xələfi Ayətullah Müctəba Xameneyini, eləcə də İslam Respublikasının bütün rəhbərliyini zərərsizləşdirmək niyyətindədir.
Lakin nazir bu hhücumların həyata keçirilməsini ABŞ-ın hələlik alınmayan razılığı ilə əlaqələndirib: "Biz ABŞ-dan “yaşıl işıq” gözləyirik".
"Bu dəfəki hücum fərqli və ölümcül olacaq. Biz ən ağrılı nöqtələrə sarsıdıcı zərbələr endirəcəyik", — deyə nazir əlavə edib.
Hüseyn İbadlı
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma






































