Yaxın Şərq
ABŞ başına 10 milyon dollar qoydu: Hər yerdə axtarılır - Foto
İran tərəfindən dəstəklənən İraqın “Kətaib Seyid əş-Şuhəda” qruplaşmasının lideri Haşim Finyan Rahim əl-Saraci haqqında məlumat verən şəxsə 10 milyon dollar mükafat veriləcək.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bəyanatda qeyd edilir ki, sözügedən qruplaşma İraqda mülki şəxslərin öldürülməsi, ABŞ diplomatik obyektlərinə hücumlar, həmçinin İraq və Suriyadakı ABŞ hərbi bazaları və personalının hədəfə alınması kimi fəaliyyətlərdə ittiham olunur.
Əl-Saraci İraq parlamentində təsirli şiə siyasi alyansı olan Koordinasiya Çərçivəsinin tərkibində də yer alır.
Məlumata görə, İranın dəstəklədiyi silahlı qruplar ABŞ-İran gərginliyi zamanı Bağdaddakı ABŞ səfirliyini, eləcə də Bağdad Beynəlxalq Hava Limanı ərazisində yerləşən ABŞ diplomatik və logistika obyektlərini hədəfə alıb. Bundan başqa, xarici şirkətlərin idarə etdiyi neft yataqlarına qarşı hücumlar da qeydə alınıb.
Müəllif: Akqabay
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam






.jpg)





.jpg)




.webp)

















.jpg)
