Yaxın Şərq
İran danışıqları bərpa edir: Əraqçi İslamabada gedəcək
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın vasitəçiliyi ilə ABŞ-la danışıqlar aparmaq üçün bu gün İslamabada gedəcək.
Publika.az xəbər verir ki, bu barədə Pakistandakı mənbələr məlumat verib.
Əraqçi Pakistanın Ordu Qərargah rəisi Asim Munir və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb. Müzakirələr regional vəziyyət və İran-ABŞ arasında atəşkəs prosesi ətrafında olub.
Mənbələrin məlumatına görə, Əraqçinin bu gün Pakistan nümayəndə heyəti ilə görüşmək üçün İslamabada səfər edəcəyi bildirilir.
8 apreldə əldə edilən iki həftəlik müvəqqəti atəşkəsdən sonra Tehran və Vaşinqton 11 apreldə Pakistanda daimi atəşkəs üçün danışıqlar aparıb. Təxminən 21 saat davam edən görüşlər nəticəsiz başa çatıb. Pakistanın vasitəçiliyi ilə keçirilən ikinci raund danışıqlar cəhdləri isə tərəflər arasında, xüsusilə ABŞ-ın İrana qarşı dəniz blokadası ilə bağlı fikir ayrılıqları səbəbindən uğursuz olub.
Müəllif: Akqabay
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma






































