Yaxın Şərq
Hörmüzdə gərginlik artır: İki gəmini saxladılar
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı rayonunda iki konteyner gəmisini saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri boğaz akvatoriyasındakı monitorinq sistemləri vasitəsilə qaydaları pozan iki gəmini aşkar edib. Bunlar İsraillə əlaqəli olduğu bildirilən “MSC Francesca” və “Epaminondas” gəmiləridir.
İran tərəfinin iddiasına görə, hər iki gəmi rəsmi icazə olmadan boğazdan gizli şəkildə keçməyə cəhd göstərib. Bildirilib ki, gəmi heyətləri aşkarlanmamaq üçün naviqasiya avadanlıqlarını qəsdən sıradan çıxarıb və mütəmadi olaraq dənizçilik qaydalarını pozublar.
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?














.jpg)




















