Yaxın Şərq
İranın gizli gücü: Rusiya sabitliyin əsas səbəbini açıqladı
İran cəmiyyətində ABŞ-la davam edən hərbi qarşıdurma fonunda daxili parçalanma əlamətləri müşahidə olunmur.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və KİV-lərlə Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov deyib.
Onun sözlərinə görə, artıq iki aydır davam edən münaqişəyə baxmayaraq, ölkə daxilində vəziyyət sabit olaraq qalır. Senator qeyd edib ki, İran qədim sivilizasiyaya malik olmaqla yanaşı, yüksək inkişaf etmiş mədəniyyətə və güclü təhsil sisteminə sahibdir. Xüsusilə mühəndislik sahəsində ciddi potensialın olduğu vurğulanıb.
A.Puşkov həmçinin İranın geostrateji əhəmiyyətinə diqqət çəkərək, ölkənin Hörmüz boğazına nəzarət etdiyini, güclü raket potensialına və inkişaf etmiş kəşfiyyat imkanlarına malik olduğunu bildirib.
Senator həmçinin Dubaydakı bir obyektə dron hücumu hadisəsini misal gətirərək zərbələrin dəqiqlik səviyyəsinə diqqət çəkib. Onun sözlərinə görə, dini amil, xüsusən də şiə ideologiyası cəmiyyətin möhkəmlənməsində mühüm rol oynayır.
Müəllif: Adəm
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi












.jpg)























