Yaxın Şərq
Qalibaf Trampı məsxərəyə qoydu: Növbəti dayanacaq 140 dollardır
İran parlamentinin spikeri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqer Qalibaf ABŞ prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi "blokada" siyasətini sərt şəkildə tənqid edərək onu ələ salıb.
Publika.az CNN-ə istinadla xəbər verir ki, Qalibaf Vaşinqtonun neft bazarlarındakı uğursuzluğunu "faydasız məsləhətlərin" nəticəsi adlandırıb.
Spikerin sözlərinə görə, ABŞ-ın Hörmüz boğazını blokadaya almaq cəhdləri neftin qiymətinin bir barel üçün 120 dollaradək yüksəlməsinə səbəb olub. O, bu vəziyyətin Tramp administrasiyasına maliyyə naziri Skott Bessent kimi şəxslər tərəfindən verilən yanlış tövsiyələr ucbatından yarandığını vurğulayıb.
"Növbəti dayanacaq 140 dollardır. Blokada ilə bağlı problem nəzəriyyədə deyil, düşüncə tərzindədir", - deyə Qalibaf qeyd edib.
İranlı spiker, həmçinin Trampın keçən həftəsonu səsləndirdiyi "yaxın gələcəkdə neft bolluğunun İranın enerji infrastrukturuna düzəlməz zərər vuracağı" barədə proqnozunu məsxərəyə qoyub. O, ABŞ-ın enerji siyasətinin reallıqdan uzaq olduğunu bildirib.
Müəllif: Adəm
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir


































