Yaxın Şərq
Yəmən sahillərində neft tankeri ələ keçirildi
Naməlum silahlı şəxslər Yəmən sahillərində Toqo bayrağı altında üzən "M/T EUREKA" neft tankerini ələ keçiriblər.
Publika.az xəbər verir ki, Bu barədə "RİA Novosti" agentliyi Yəmən sahil mühafizə xidmətinə istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, cinayətkarlar ölkənin cənub-şərqindəki Şabva şəhəri yaxınlığında gəmiyə daxil olublar və gəmi ilə birlikdə Somali sahillərinə, Ədən körfəzinə doğru istiqamət alıblar.
Bundan əvvəl piratlar Fars körfəzindən Somaliyə gedən "Honour 25" tankerini ələ keçiriblər. Hadisə Somali sahillərindən təxminən 50 kilometr aralıda, Berbera və Moqadişu şəhərləri arasında baş verib.
Göyərtəsində 18,5 min ton yanacaq daşıyan gəmidə 17 dənizçidən ibarət heyət olub. Onların arasında Hindistan, İndoneziya, Myanma, Pakistan və Şri-Lanka vətəndaşları var.
Hüseyn İbadlı
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
































