Yaxın Şərq
Qəzzada əməliyyatlar bərpa olunur?
Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrailin Təhlükəsizlik Kabineti bazar günü Qəzza zolağında hərbi əməliyyatların mümkün bərpasını nəzərdən keçirmək üçün iclas keçirəcək.
Publika.az-ın İsrailin "Kan" telekanalına istinadən məlumatına görə, müzakirələr HƏMAS-ın tərksilah edilməsi və anklavın silahsızlaşdırılması ilə bağlı danışıqlarda çıxılmaz vəziyyətin yaranması fonunda keçiriləcək.
"HƏMAS tərksilah müqavilələrini yerinə yetirmir. Biz vasitəçilərlə əlaqə saxlayırıq", - İsrail rəsmisi telekanala bildirib.
"Sülh Şurası"nın yüksək vəzifəli rəsmisi Nikolay Mladenov bir neçə həftədir ki, Fələstin HƏMAS hərəkatının rəhbərliyi ilə məsləhətləşmələr aparır və ötən ayın əvvəlində hərəkatın şuranın bütün silahlarını tədricən təhvil vermək təklifini qəbul etməsi üçün 11 apreli son tarix kimi müəyyən edib.
Ayrı-ayrı detalları mətbuata sızdırılan plana əsasən, proses səkkiz ay müddətinə nəzərdə tutulub və birinci mərhələdə HƏMAS-ın 90 gün ərzində ağır silah və tunel infrastrukturu sxemlərinin ötürülməsini nəzərdə tutur.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi












.jpg)























