Yaxın Şərq
Tramp Hörmüz boğazında "Azadlıq əməliyyatı”nın başladığını ELAN ETDİ
Bazar ertəsi səhər, mayın 4-də ABŞ, Birləşmiş Ştatlar və İran arasındakı münaqişə səbəbindən Hörmüz boğazında blokadaya düşmüş gəmilərin çıxarılması əməliyyatına başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində elan edib.
Onun sözlərinə görə, dünyanın hər yerindən ölkələr Vaşinqtona müraciət edərək boğazda qalıb çıxa bilməyən gəmilərinin azad edilməsinə kömək istəyiblər.
Ağ Ev rəhbəri yazıb ki, İranın, Yaxın Şərqin və ABŞ-ın xeyrinə həmin ölkələrə gəmilərini bu məhdud su yollarından təhlükəsiz şəkildə çıxaracaqlarını bildiriblər ki, onlar öz işlərini sərbəst və tam şəkildə davam etdirə bilsinlər.
O qeyd edib ki, bu əməliyyat Project Freedom (Azadlıq Layihəsi) adlanır. Siyasətçi bunu ABŞ, Yaxın Şərq ölkələri və xüsusilə İran tərəfindən humanist bir jest adlandırıb. Trampın iddia etdiyinə görə, həmin gəmilərin bir çoxunda ərzaq ehtiyatları və çoxsaylı ekipaj üzvlərinin göyərtədə sağlamlıq və sanitariya baxımından əlverişli şəraitdə qalması üçün zəruri olan hər şey tükənməkdədir.
Həmçinin o xəbərdarlıq edib ki, əgər bu humanist prosesə hər hansı bir şəkildə maneçilik törədilərsə, Amerika tərəfi müdaxiləyə güclə cavab verəcək.
Aprelin 30-da İranın ali rəhbəri Müctəba Xameneyi bəyan edib ki, İslam Respublikası bundan sonra da Fars körfəzi və Hörmüz boğazını idarə etməyi planlaşdırır. Onun sözlərinə görə, Tehran təhlükəsizliyi Amerikanın iştirakı olmadan təmin etmək niyyətindədir.
Həmin gün ”The Wall Street Journal“ qəzeti mənbəyə istinadla yazıb ki, ABŞ administrasiyası digər ölkələrə Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətini təmin etmək üçün yeni koalisiyaya qoşulmağı təklif edib.
Hüseyn İbadlı
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi




































