Yaxın Şərq
Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
ABŞ-ın Hörmüz boğazında qalan gəmilərə kömək etmək niyyətində olduğu "Azadlıq layihəsi" əməliyyatı bu mərhələdə gəmilərin Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən müşayiət olunmasını nəzərdə tutmur.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti Vaşinqton administrasiyasının adı açıqlanmayan yüksək rütbəli nümayəndəsinə istinadəla məlumat yayıb.
Nəşrin məlumatına görə, əməliyyat dövlətlərin, sığorta şirkətlərinin və yük daşımaları ilə məşğul olan təşkilatların gəmilərin keçidini əlaqələndirə biləcəyi bir prosesdən ibarət olacaq.
Bundan qısa müddət əvvəl Tramp elan etmişdi ki, mayın 4-ü, bazar ertəsi səhər saatlarında Birləşmiş Ştatlar hərbi münaqişə səbəbindən orada blokadada qalan gəmilərin Hörmüz boğazından çıxarılmasını nəzərdə tutan "Azadlıq layihəsi" əməliyyatına başlayacaq. Amerika lideri bunu ABŞ, Yaxın Şərq ölkələri və xüsusilə də İran tərəfindən humanitar jest adlandırıb. Onun sözlərinə görə, həmin gəmilərin çoxunda ərzaq ehtiyatları və çoxsaylı heyət üzvlərinin sağlamlıq və sanitariya baxımından əlverişli şəraitdə göyərtədə qala bilməsi üçün zəruri olan digər vasitələr tükənir.
Həmçinin Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, əgər bu humanitar prosesə hər hansı şəkildə maneçilik törədilərsə, Amerika tərəfi müdaxiləyə güclə cavab verəcək.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam






.jpg)








.webp)



















.jpg)

