Yaxın Şərq
Tramp İrana qarşı koalisiya yığır: Görün hansı ölkədən kömək istədi
ABŞ Prezidenti Donald Tramp İranın Cənubi Koreyaya məxsus yük gəmisinə hücum etdiyini açıqlayıb. Ağ Ev rəhbəri Seulu dərhal ABŞ-ın hərbi missiyasına qoşulmağa çağırıb.
Publika.az xəbər verir ki, Tramp bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
O, İranın "Project Freedom" əməliyyatı çərçivəsində hərəkət edən gəmilərə, o cümlədən Cənubi Koreya yük gəmisinə bir neçə dəfə hücum etdiyini bildirib: "Bəlkə də Cənubi Koreyanın bu missiyaya qoşulma vaxtı çatıb. Hazırda bu gəmidən başqa boğazdan keçən heç kim zərər görməyib".
Cənubi Koreya Xarici İşlər Nazirliyi BƏƏ sahillərində, Hörmüz boğazında Panama bayrağı altında üzən və Koreyanın "HMM Co." şirkəti tərəfindən idarə olunan gəmidə partlayış baş verdiyini təsdiqləyib. Məlumata görə, göyərtədə olan 24 heyət üzvündən xəsarət alan olmayıb.
"Yonhap" agentliyi qeyd edir ki, Trampın bu çağırışı enerji daşımaları baxımından həmin boğazdan asılı olan Seul üzərində təzyiqi artırır. Tramp bundan əvvəl də ABŞ ordusunun Şimali Koreya sərhədində Seulu qorumasına rəğmən, Cənubi Koreyanın Vaşinqtona kifayət qədər dəstək vermədiyini tənqid etmişdi.
Xatırladaq ki, 2026-cı ilin may ayının əvvəlində Tramp Hörmüz boğazında blokadada qalan kommersiya gəmilərini ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə çıxarmaq üçün "Project Freedom" əməliyyatına start verib. Pentaqonun məlumatına görə, əməliyyata 15 mindən çox hərbçi, raket esminesləri, yüzlərlə təyyarə və PUA cəlb olunub. Artıq ABŞ qüvvələri gəmilər üçün təhlükə yaradan İrana məxsus 7 sürətli kateri məhv edib.
Müəllif: Adəm
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam






.jpg)








.webp)



















.jpg)

