Yaxın Şərq
ABŞ Omandan İrana mal daşıyan qayıqları vurdu: 5 nəfər ölüb
ABŞ qüvvələri Omandan İrana mal daşıyan iki mülki qayığa atəş açıb, nəticədə beş nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran hərbi mənbəyinə istinadən bildirib.
“Amerika silahlı qüvvələrinin Oman sahillərindəki Əl-Xəsabdan İrana doğru hərəkət edən mülki yük daşıyan iki kiçik gəmiyə hücum etdiyi müəyyən edilib", - məlumatda deyilir.
Agentlik mənbəyə istinadən qeyd edir ki, ABŞ-ın hücumu nəticəsində beş mülki şəxs həlak olub.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında ilişib qalmış gəmiləri azad etmək üçün "Azadlıq" əməliyyatını elan etmişdi. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi Tehranın ABŞ-ın Hörmüz boğazından gəmilərin keçməsinə hər hansı müdaxiləsini atəşkəsin pozulması hesab edəcəyini bildirib.
Müəllif: Tural
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO

































