Yaxın Şərq
İran atəşkəs razılaşmasını pozdu - İrimiqyaslı hərbi əməliyyatlar yenidən başlayır?
ABŞ və İran arasında atəşkəs razılaşması əldə olunduqdan bəri Tehran Amerika qoşunlarına 10-dan çox hücum edib.
Publika.az xəbər evrir ki, bu barədə mətbuat konfransında ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Den Keyn məlumat verib.
"Aprelin 8-də atəşkəs razılaşması imzalandıqdan bəri İran doqquz dəfə ticarət gəmilərini atəşə tutub, iki konteyner gəmisini ələ keçirib və 10 dəfə Amerika qoşunlarına hücum edib", - deyə general bildirib.
Onun sözlərinə görə, bu hərəkətlər hazırda irimiqyaslı hərbi əməliyyatların yenidən başlaması üçün lazım olan həddən aşağıdır.
General vurğulayıb ki, son yeddi həftə ərzində İran bütün dünya iqtisadiyyatını girov götürmək üçün dəfələrlə kommersiya gəmilərini hədələyib və onlara hücum edib. Keyn əlavə edib ki, İranın mayın 4-də raketlər, pilotsuz uçuş aparatları və sürətli katerlərdən istifadə etməklə Amerika gəmilərinə etdiyi hücumlar Amerika helikopterləri tərəfindən uğurla dəf edilib. O qeyd edib ki, hazırda Fars körfəzində 1550 ticarət gəmisində 22,5 min dənizçi blokadada qalıb.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirmişdi ki, Fars körfəzində Hörmüz boğazından keçmək üçün 87 ölkəyə məxsus yük gəmiləri gözləyir. Onun sözlərinə görə, son 24 saat ərzində CENTCOM onlarla gəmi sahibinə və gəmiçilik şirkətinə müraciət edərək onlara bu dəniz yolu vasitəsilə təhlükəsiz keçidə zəmanət verib.
Hüseyn İbadlı
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov







.jpg)










.jpg)
.jpg)


















