Yaxın Şərq
Səudiyyə Ərəbistanı bu ölkələr üçün neft qiymətlərini endirdi
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” may ayındakı kəskin artımdan sonra iyun ayı üçün Asiya ölkələrinə tədarük edilən neftin qiymətlərini aşağı salıb.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi şirkətin məlumatlarına istinadla məlumat yayıb.
Mövcud məlumatlara görə, “Arab Light” markalı neftin Asiya müştəriləri üçün qiyməti bir barel üçün 4 dollar azaldılıb. Bununla belə, bazar iştirakçıları daha ciddi azalma — təxminən bir barel üçün 8 dollar eniş gözləyirdilər.
Daha əvvəl dünya neft ehtiyatlarının son səkkiz ilin ən aşağı səviyyəsinə yaxınlaşdığı barədə məlumat verilmişdi. “Goldman Sachs”ın analitikləri bu barədə xəbərdarlıq ediblər. Ekspertlərin fikrincə, rezervlərin tükənmə sürəti narahatlıq doğurur, çünki Hörmüz boğazı vasitəsilə tədarüklər məhdud olaraq qalır. Bankın qiymətləndirmələrinə görə, ümumi dünya neft ehtiyatları qlobal tələbatın 101 gününü ödəyə biləcək səviyyədədir və may ayının sonuna qədər bu göstərici 98 günə qədər azala bilər.
Hüseyn İbadlı
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi




































