Yaxın Şərq
ABŞ Hörmüz boğazında İranın hücumlarını dəf etdi
ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında Amerika gəmilərinə hücum etdiyi iddia olunan raketlərin, pilotsuz uçuş aparatlarının və katerlərin qarşısının alındığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
CENTCOM-un məlumatına görə, mayın yeddisində ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket silahları ilə təchiz edilmiş esminesləri Hörmüz boğazından Oman körfəzinə keçərkən, ABŞ qüvvələri İranın əsassız hücumlarını dəf edib və özünümüdafiə qaydasında zərbələrlə cavab verib.
Amerika gəmilərinin zədə almadığı dəqiqləşdirilir.
Daha əvvəl İran komandanlığı ABŞ-ın İslam Respublikasına məxsus iki tankerə hücum etdiyini bəyan edib və Vaşinqtonu atəşkəsi pozmaqda ittiham edib.
Hüseyn İbadlı
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi




































