Yaxın Şərq
Rezayi Hörmüzü atom bombaları ilə müqayisə etdi
Hörmüz boğazına nəzarət etmək nüvə silahına sahib olmaqdan daha mühüm nailiyyətdir.
Publika.az ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rezayi bəyan edib.
"Hörmüz boğazındakı strateji keçid onlarca atom bombasından daha vacibdir və İran onu müdafiə edəcək", - deyə o vurğulayıb. Müşavir qeyd edib ki, ABŞ və İsrail İranın "qırmızı xətlərini" keçiblər və buna "qətiyyətli və mütənasib cəza" ilə cavab vermək lazımdır.
Öz növbəsində İran Silahlı Qüvvələrinin nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiya hərbçilərin ölkənin Hörmüz boğazındakı mövqelərini qorumağa hazır olduqlarını bildirib. O izah edib ki, ABŞ Hörmüz boğazından keçən cənub marşrutuna leqal status vermək istəyir və Tehran bu yanaşmanı İranla ABŞ arasındakı memoranduma zidd hesab edir.
"Memorandumun şərtlərinə əsasən, boğazda gəmiçiliyin təhlükəsizliyini təmin etmək məsuliyyəti İranın üzərinə düşür. İslam Respublikası bu istiqamətdə Omanla birgə iş aparır", - deyə "Press" TV Əkrəminiyanın sözlərindən sitat gətirir.
-
İdman22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi













.jpg)






.jpg)


















