Yaxın Şərq
Kosovo əsgərləri bu ölkəyə göndərildi
Kosovodan bir qrup hərbçi Qəzza zolağında Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yaradılmasına hazırlıq çərçivəsində İsrailə gəlib.
Publika.az xəbər verir ki, bu barədə ərazinin müharibədən sonrakı idarəçiliyi ilə bağlı səylərə rəhbərlik edən ABŞ Prezidenti Donald Trampın Sülh Şurası məlumat yayıb.
Kosovolu hərbçilər ötən ay İsrailə Mərakeşdən gəlmiş olan hərbi kontingentə qoşulublar.
Missiyada Albaniya və Qazaxıstan hərbçilərinin də iştirak edəcəyi gözlənilir, lakin İsrailin onları bilavasitə Qəzzada yerləşdirmək üçün bir sıra hüquqi və siyasi qərarlar qəbul etməsi hələ də tələb olunur.
"Sülh Şurası" (Board of Peace) hazırda İsrailin cənubunda beynəlxalq qüvvələrin qərargahının yerləşdirilməsinin planlaşdırıldığı logistika mərkəzi yaradır.
Eyni zamanda, Qəzza zolağının daxilində bazanın tikintisinə hələ başlanmayıb, missiyanın faktiki yerləşdirilmə müddəti isə hələ müəyyən edilməyib.
Hüseyn İbadlı
-
İdman22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi













.jpg)






.jpg)


















