Yaxın Şərq
İranla gərginlik artır: ABŞ bölgəyə 19 hərbi gəmi yerləşdirdi
ABŞ İranla artan gərginlik fonunda Yaxın Şərqə ən azı 19 Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi yerləşdirib.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, bölgəyə iki təyyarədaşıyan gəmi, 13 esmines, 1 amfibiya hücum gəmisi, 1 kreyser və 2 desant gəmisi göndərilib. Gəmilərin əksəriyyəti Ərəbistan dənizinin şimal hissəsində yerləşir.
Bu addım ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının təhlükəsizliyinin təmin ediləcəyini və boğazdan keçən yüklərə 20 faiz rüsum tətbiq olunacağını açıqlamasından sonra atılıb.
Qeyd edək ki, ABŞ və İran arasında gərginlik iyulun əvvəlindən yenidən artıb. Vaşinqtonun son günlər İranda və Hörmüz boğazı ətrafında yüzlərlə hədəfə zərbələr endirdiyi, Tehranın isə buna cavab verəcəyi ilə bağlı xəbərdarlıq etdiyi bildirilir.
-
İdman22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi













.jpg)






.jpg)


















