Yaxın Şərq
Netanyahu İRANI HƏDƏLƏDİ - “Həmin vaxtlar keçmişdə qaldı”
"İsrail İran ətrafında eskalasiyanın yeni mərhələsi fonunda hadisələrin istənilən inkişafına hazırdır".
Publika.az xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu bəyan edib.
İsrailin baş naziri İslam Respublikasına xəbərdarlıq edib ki, əgər o, ilk olaraq onun ölkəsinə hücum edərsə, güclü zərbə ilə üzləşəcək.
"Kiminsə bizə zərər vurduğu və bizim eyni cavabı vermədiyimiz vaxtlar keçmişdə qaldı. Biz İrandakı "şər oxu" ilə belə davrandıq və bizə zərər vuran hər kəslə belə davranacağıq. Biz məhz bunu edirik", - deyə Netanyahu bildirib.
İyulun 13-də "The New York Times" qəzeti yazıb ki, ABŞ Prezidenti Donald Tramp Konqresi İrana qarşı hərbi əməliyyatların bərpası barədə rəsmən məlumatlandırıb. Elə həmin vaxt o, Birləşmiş Ştatların Hörmüz boğazında İran yükləri olan gəmilər üçün yenidən dəniz blokadası tətbiq etdiyini bəyan edib. Həmçinin, Amerika Prezidenti bildirib ki, ABŞ İrana "çox güclü zərbələr" endirmək niyyətindədir.
Hüseyn İbadlı
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi























.jpg)












