Yaxın Şərq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail və Livan yaxın günlərdə Cənubi Livanda pilot zonaların yaradılmasını müzakirə edəcək.
Publika.az xəbər verir ki, bu barədə "The National" nəşri Livandakı diplomatik mənbəsinə istinadən məlumat verib.
Bildirilib ki, bu zonalar İsrail Ordusunun mərhələli şəkildə bölgədən çıxarılması planının bir hissəsidir.
Mənbənin sözlərinə görə, tərəflərin hərbi nümayəndə heyətləri yaxın günlərdə görüşərək ilk növbədə bu zonaların yaradılması üçün vaxt cədvəlini müəyyənləşdirəcəklər.
Bildirilib ki, Romada keçirilən son danışıqlarda Livan prosesi mümkün qədər tez başlamağı təklif edib. İsrail tərəfi isə məsələ ilə bağlı qərarını hərbi müşavirədən sonra açıqlayacağını bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ diplomatik mənbələri İsrail və Livanın razılaşmaların icrasında irəliləyiş əldə etdiyini və danışıqların texniki mərhələyə keçəcəyini açıqlamışdı.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO

























.jpg)











