Yaxın Şərq
"Qızıl qartal" hərbi təlimi başa çatdı - FOTO
Misirdə Türkiyə ilə birgə keçirilən "Qızıl qartal" hərbi təlimi yekunlaşıb.
Publika.az xəbər verir ki, Misir Silahlı Qüvvələrinin rəsmi sözçüsünün yaydığı məlumata görə, bir neçə gün davam edən təlimin yekun mərhələsində Misirin desant və xüsusi təyinatlı qüvvələri, eləcə də Türkiyənin xüsusi təyinatlı bölmələri iştirak edib.
Bildirilib ki, yekun mərhələdə helikopterlərin cəlb olunduğu əməliyyatda yaşayış məntəqəsində yerləşən şərti terrorçu qruplaşmanın zərərsizləşdirilməsi, girovların azad olunması və terrorçu qismində çıxış edən şəxslərin saxlanılması üzrə tapşırıqlar icra olunub.
Təlim proqramına, həmçinin standart və qeyri-standart atışların yerinə yetirilməsi, qapalı məkanlara hücum taktikası, hava platforması simulyatorundan istifadə etməklə şaquli hücum, partlayıcı qurğularla davranış qaydaları, ilkin tibbi yardım və həyatın xilas edilməsi üzrə hazırlıq, pilotsuz uçuş aparatlarından istifadə və onlara qarşı mübarizə üsulları, sərbəst paraşüt tullanışı simulyatorunda məşqlər və əməliyyat xarakterli sərbəst paraşüt tullanışları daxil edilib.
Təlim çərçivəsində hər iki ölkənin dövlət bayraqları ilə "dostluq tullanışı" da həyata keçirilib. Qeyd olunub ki, bu, iştirakçıların peşəkar hazırlıq səviyyəsini və taktiki bacarıqlarını nümayiş etdirib.
Yekun mərhələni Misir və Türkiyə Silahlı Qüvvələrinin bir qrup yüksəkrütbəli zabiti, eləcə də Türkiyənin Qahirədəki hərbi attaşesi izləyib.
Qeyd edək ki, "Qızıl qartal" təlimi Misir və Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi çərçivəsində təşkil olunub. Təlimin ilkin mərhələsində əməliyyat anlayışlarının uzlaşdırılması və bölmələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə nəzəri məşğələlər keçirilib, həmçinin istifadə olunan silah və hərbi texnika nümayiş etdirilib.
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO






.jpg)







.jpg)




.jpg)
















.jpg)


