Yaxın Şərq
"Hörmüz böhranı" böyüyür - Naviqasiyanı söndürən gəmilər dayandırıldı
Hörmüz boğazının təhlükəli ərazisində qaydaları pozan iki gəmi qəzaya uğrayıb və daha iki gəmi bu marşrutla hərəkəti davam etdirməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə İslam İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.
"Bir neçə saat əvvəl ABŞ-nin dəstəyi ilə qəsdən hərəkət edən dörd gəmi, nizamı pozmağa və təhlükəli marşrutla Hörmüz boğazından çıxmağa cəhd edərək naviqasiya sistemlərini söndürüb və nəzarət bazasının xəbərdarlıqlarına məhəl qoymayıb", - bəyanatda qeyd olunub.
Bu gəmilərdən ikisi dayandırılıb, digər ikisi isə hərəkəti davam etdirməkdən imtina edib.
SEPAH bəyan edib ki, Hörmüz boğazına nəzarət tamamilə İranın səlahiyyətindədir və yeganə təhlükəsiz marşrut dəqiq müəyyən olunmuş yoldur: "Əvvəllər də deyildiyi kimi, icazə olmadan Hörmüz boğazından bir damla da olsun, neft-qaz keçməyəcək. ABŞ-nin təsirinə düşən və təhlükəli zonaya daxil olan gəmilər qəzaya uğrayacaq".
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar


















.jpg)




















