Yaxın Şərq
Hörmüzlə bağlı müzakirələr keçirildi
İran və Oman arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması barədə müzakirələr keçirilib.
Publika.az-ın "Mehr" Xəbər Agentliyinə istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Cümə və şənbə günləri Tehranda İran və Oman arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində danışıqlar keçirilib. Bu müddət ərzində hər iki tərəf iki sahilyanı dövlətin suverenlik hüquqlarına riayət etməklə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün ortaq prinsiplər və əməliyyat mexanizmləri barədə fikir mübadiləsi aparıblar", - Bəqai vurğulayıb.
XİN sözçüsü qeyd edib ki, Oman nümayəndə heyəti şənbə günü axşam Tehranı tərk edib, lakin iki tərəf arasında texniki və siyasi məsləhətləşmələr davam edir.
Bəqai bu danışıqların faydalı olduğunu və irəliləyişlərin əldə edildiyini bildirsə də, Hörmüz boğazındakı hərəkət vəziyyətində hər hansı bir dəyişiklik yaranmadığını da açıqlayıb.
Daha əvvəl "Axios" Oman və İranın cari həftənin sonunadək Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası barədə razılaşma imzalamağa yaxın olduğunu yazmışdı.
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar














.jpg)























