Yaxın Şərq
Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vuruşun
İranın Ali Lideri Müctəba Xamenei “Hizbullah” lideri Naim Qasıma, eləcə də komandirlərinə və döyüşçülərinə ünvanladığı məktubda İranın qrupa dəstəyini bir daha təsdiqləyib.
Publika.az CNN-ə istinadla xəbər verir ki, məktubda Xamenei “Hizbullah”ın "dözümlülüyünü və sarsılmazlığını" tərifləyib və qrupu İsrailə və onun tərəfdarlarına qarşı "müqavimətin ön sıralarında" olan bir hərəkat kimi təsvir edib.
O, həmçinin Livan xalqına “Hizbullaha” verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Xamenei qeyd edib ki, “Hizbullah”ın qorunması İran siyasətinin strateji sütunu olaraq qalır. O, Livanın ərazi bütövlüyünün qorunması və İsrail hücumlarının "tam və qeyd-şərtsiz" dayandırılmasının təmin edilməsinin İranın münaqişəyə son qoymaq üçün istənilən razılaşma üçün əsas şərtləri olduğunu vurğulayıb.
Məktubda o, ABŞ və İsraili zülm və ədalətsizlikdə günahlandırıb və yeganə yolun "cihad və müqavimət" olduğunu bildirib.
Məktubda xatırladılır ki, ABŞ ilə anlaşma memorandumunun ilk bəndi Livanın suverenliyinin qorunmasıdır və bu, mərhum Əli Xameneinin bu məsələyə verdiyi əhəmiyyəti əks etdirir. Məktubda deyilir: "Memorandumda sionist təcavüzünün tamamilə və qeyd-şərtsiz dayandırılmasından bəhs olunur".
Müəllif: Tural
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO

























.jpg)











