Yaxın Şərq
ABŞ-ın 17 gəmisi döyüş əmri gözləyir - Trampın xəbərdarlığı İranı yola gətirəcək?
ABŞ Hərbi Dəniz Qüvvələri Ərəb dənizində İrana qarşı mümkün genişmiqyaslı əməliyyat üçün 17 döyüş gəmisindən ibarət güclü qruplaşma cəmləşdirib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidməti məlumat yayıb.
Bildirilib ki, bölgədə "USS Abraham Lincoln" və "USS George H. W. Bush" adlı iki atom aviadaşıyıcısı yerləşdirilib. Onların göyərtəsində 100-dən çox döyüş təyyarəsi var.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sərəncamında, həmçinin 1 kreyser və 11 esmines fəaliyyət göstərir. Bu gəmilər 1600 kilometrədək mənzilli "Tomahawk" qanadlı raketləri ilə təchiz olunub.
Qruplaşmaya bundan başqa, dəniz piyadalarının ekspedisiya batalyonunu, şaquli qalxıb-enən qırıcıları, döyüş və nəqliyyat helikopterlərini, eləcə də desant katerlərini daşıyan üç iri desant gəmisi daxildir. Bölgədə "Tomahawk" raketləri ilə silahlanmış bir neçə zərbə tipli sualtı qayığın da növbətçilik etdiyi qeyd olunur.
Bundan əlavə, CENTCOM-un Hind okeanında daha üç raket esminesi, Qırmızı dənizdə isə bir raket esminesi yerləşdirilib.
Məlumata görə, bu hərbi qruplaşma ötən cümə gününədək iki həftə ərzində hər gün İrana zərbələr endirib.
ABŞ Prezidenti Donald Tramp isə "Axios" portalına müsahibəsində bildirib ki, Tehranla aparılan danışıqlar nəticə verməyəcəyi təqdirdə Vaşinqton yenidən İrana qarşı güclü hərbi əməliyyatlara başlayacaq.
"İranla çox ciddi danışıqlar aparırıq. Əgər nəticə əldə olunmasa, çox güclü hərbi əməliyyatlara qayıdacağıq", - deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, vasitəçi ölkələrin xahişi ilə zərbələrə müvəqqəti fasilə verilib, lakin diplomatik cəhdlər uğursuz olarsa, hərbi variant yenidən gündəmə gələcək.
Müəllif: Adəm
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)






















.jpg)

.jpg)