Yaxın Şərq
"İslami Cihad"ın komandiri də MƏHV EDİLDİ
İsrail Müdafiə Ordusu (İDF) Fələstinin "İslami Cihad" qruplaşmasının "Nuxbə" xüsusi təyinatlı dəstəsinin taqım komandiri, 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak etmiş Məhəmməd Xəlil Əslamı məhv edib.
Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumatına görə, zərbə Qəzza zolağının cənubundakı Xan-Yunis rayonunda endirilib. Qeyd olunur ki, oktyabrın 7-də baş verən hücum zamanı Əslam israilli mülki şəxslərin oğurlanmasında iştirak edən bölməyə komandanlıq edib.
Bundan əlavə, son aylarda o, İDF hərbçilərinə və İsrailin mülki əhalisinə qarşı hücumlar təşkil edib.
"Terrorçu birbaşa təhlükə mənbəyi idi və dəqiq hava zərbəsi nəticəsində məhv edildi", – deyə İsrail ordusunun bəyanatında bildirilir.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar






































