Yaxın Şərq
İran İordaniyadakı ABŞ aviabazasına hücum etdi
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ aviabazasına hücum edib.
Publika.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti (IRIB) məlumat yayıb.
"SEPAH bölmələri İordaniyadakı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının aviabazasına və qərargahına bir neçə ballistik raketlə zərbə endirib", - məlumatda deyilir.
İyulun 23-də SEPAH Küveytdəki Amerika hərbi bazası "Əli əl-Salem"ə hücum edildiyini bəyan etmişdi. Hərbçilərin məlumatına görə, zərbələr pilotsuz uçuş aparatları vasitəsilə iri hərbi texnika anbarına, "Patriot" hava hücumundan müdafiə sisteminə və "MQ9" dronlarının yerləşdiyi аnqara endirilib.
İyulun 26-da İİKK-nin rəsmi nümayəndəsi general Hossein Mohebbi bildirmişdi ki, iyulun 8-dən 15-dək davam edən döyüş əməliyyatları zamanı İran Birləşmiş Ştatlara 20 milyard dollar məbləğində maddi ziyan vurub. O vurğulayıb ki, respublika onlarla komanda mərkəzinə, hava hücumundan müdaxilə sistemlərinə, erkən xəbərdarlıq radarlarına, rabitə qovşaqlarına, sursat anbarlarına, logistika obyektlərinə, aviasiya anqarlarına, qırıcılara, pilotsuz uçuş aparatlarına və köməkçi texnikaya zərbələr endirib.
Hüseyn İbadlı
-
İdman03:13İngiltərədə ağlasığmaz qol vuruldu - VİDEO
-
Qoroskop00:30Bu yay altı bürcün uğursuzluqları sona çatacaq
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin222 Avqust 23:00Səmra Rəhimli Parisdə “sərhədləri aşdı”: Luvr önündə cəsarətli pozalar - FOTO
-
Hadisə22 Avqust 22:36İsmayıllıda bədbəxt hadisə - Bacı-qardaş...
-
Magazin122 Avqust 22:00“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“ - VİDEO
-
Hadisə22 Avqust 20:36Emin anasının Bakıdakı evini nümayiş etdirdi - VİDEO
-
Region22 Avqust 19:00Türkiyədən üzücü xəbər - Ölən və xəsarət alanlar var





































