Yaxın Şərq
"Sülh Şurası" HƏMAS-ın tərksilah planının təfərrüatlarını AÇIQLADI
Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsi planı Qəzza sektorunda yeraltı tunellərin və silah-sursat anbarlarının məhv edilməsini nəzərdə tutur.
Publika.az "Al Hadath" telekanalına istinadla xəbər verir ki, bu barədə "Sülh Şurası"nın nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, təşəbbüs HƏMAS nümayəndələrinin Qəzzanın inzibati idarəçilik strukturlarında iştirakını nəzərdə tutmur. Bununla yanaşı, nümayəndə qeyd edib ki, bütün ağır və yüngül silahların ləğvi ilə bağlı hərəkatla danışıqlar davam etdirilir.
"Hərəkatla bu problemlə bağlı danışıqlar irəliləyir", - "Sülh Şurası"nın nümayəndəsi bildirib.
İyulun 27-də HƏMAS Qəzza sektorunda nizamlanma planının indiyədək müzakirə olunan iki bəndini yerinə yetirməyə hazır olduğunu bəyan edib. Söhbət Fələstin anklavında nizamlanma planının 5-ci və 8-ci bəndlərindən gedir.
- 5-ci bənd HƏMAS-ın hərbiləşdirilmiş birləşmələrinin mülki idarəetmə sistemindən, eləcə də mülki strukturlarda cəlb olunmuş əməkdaşlardan ayrılmasını nəzərdə tutur.
- 8-ci bəndə əsasən, HƏMAS-ın hərbiləşdirilmiş dəstələrinin tərksilah edilməsi prosesi tədricən və beynəlxalq nəzarət altında həyata keçirilməlidir, silahların özü isə İsrailə deyil, "Sülh Şurası"nın hamiliyi altında və onunla əlaqələndirilərək fəaliyyət göstərəcək yeni Fələstin strukturlarına təhvil verilməlidir.
Hüseyn İbadlı
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO

























.jpg)











