Yaxın Şərq
İsrail “Hizbullah”ın tunellər şəbəkəsini partlatdı
İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" tərəfindən istifadə edilən yeraltı tunellər şəbəkəsini partladıblar.
Publika.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib.
Qeyd olunub ki, yeraltı qurğular orta əsrlərə aid Bofor qalasının xarabalıqlarının yaxınlığında yerləşir.
"Bütün Livanın cənubunda "Hizbullah"ın terror infrastrukturunun məhv edilməsinə yönəlmiş İsrail Müdafiə Qüvvələrinin (İDF) sistemli əməliyyatları çərçivəsində tunellər təxminən 700 ton partlayıcı maddədən istifadə edilməklə partladılıb", - bəyanatda deyilir.
İsrail hakimiyyətinin məlumatına görə, əməliyyat "Hizbullah"ın atəşkəs razılaşmasını kobud şəkildə pozmasına cavab olaraq həyata keçirilib. Təl-Əviv bildirir ki, məhv edilən yeraltı qurğular qruplaşmanın İsrailin şimalına müdaxilə planlarında mühüm rol oynayırdı.
İDF-nin mətbuat xidməti tunellərdə "Hizbullah"ın komanda məntəqəsinin yerləşdiyini, buradan İsrail ərazisinə onlarla pilotsuz uçuş aparatının və raketin buraxılışının əlaqələndirildiyini açıqlayıb.
İyunun 27-də İsrael Kats İsrail ordusunun Livanın cənubundakı təhlükəsizlik zonasında uzunmüddətli qalmağa hazırlaşdığını bəyan etmişdi. Müdafiə naziri vurğulamışdı ki, "Hizbullah" Livanın bütün ərazisində tərksilah edilməyənədək Vaşinqtonda imzalanmış razılaşma geri çəkilməni nəzərdə tutmur.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar






































