Yaxın Şərq
İran Küveyti bombaladı, ABŞ-ın əsas hərbi bazası vuruldu
İran ordusu Küveytdəki Əhməd əl-Cabir hava bazasındakı qırıcı təyyarə anqarlarına, peyk rabitə sistemlərinə və avadanlıq anbarlarına zərbələr endirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.
Hücum bir neçə saat əvvəl intiharçı dronlar tərəfindən həyata keçirilib. İran ordusu ABŞ ilə zərbələr mübadiləsi fonunda qisas almağa davam edir. Əhməd əl-Cabir Hava Bazası ABŞ-ın bölgədəki əsas hərbi bazalarından biridir. Burada qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri yerləşdirilir.
İran hərbi bəyanatında hər hansı Amerika avadanlığına zərər dəyib-dəymədiyi göstərilməyib. Həmçinin itkilərin olub-olmadığı da məlum deyil.
İİKK əvvəllər İordaniya və Küveytdəki Amerika hədəflərinə zərbələr endirəcəyini açıqlamışdı. Tehran bu hərəkətlərin ABŞ hücumlarına cavab olduğunu iddia edir.
Pentaqon hələlik hadisə ilə bağlı şərh verməyib. Bölgədə gərginlik yüksək olaraq qalır.
Müəllif: Tural
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar






































