Yaxın Şərq
İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
ABŞ prezidenti Donald Trampın irəli sürdüyü Qəzza üzrə sülh planı İsraildə şübhə ilə qarşılanıb.
Publika.az xəbər verir ki, bu barədə "The Hill" nəşri amerikalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Tramp ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının HƏMAS-ın tam silahsızlaşdırılması və İsrail ordusunun Qəzzadan çıxarılması barədə razılıq əldə etdiyini açıqlasa da, İsrail rəhbərliyi HƏMAS-ın bu öhdəliyi yerinə yetirəcəyinə şübhə ilə yanaşır.
Mənbələrdən biri bildirib ki, söhbət qarşılıqlı etimaddan deyil, konkret şərtlərə əsaslanan razılaşmadan gedir. Onun sözlərinə görə, proses irəlilədikcə bütün tərəflər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.
"The Jerusalem Post" isə yazır ki, İsrail rəhbərliyi narahatlığını Sülh Şurasını təmsil edən Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerə çatdırıb.
Qeyd olunur ki, hazırda danışıqlar davam edir. ABŞ-ın iştirakı ilə yaradılan Sülh Şurası tərəflər arasında vasitəçi rolunu oynayır.
Xatırladaq ki, 2026-cı ilin iyununda HƏMAS-ın silahsızlaşdırılması ilə bağlı oxşar müzakirələr Misirin vasitəçiliyi ilə aparılmışdı. İyul ayında isə ABŞ və Qətər Qəzzada vəziyyətin sabitləşdirilməsi istiqamətində diplomatik səylərini artırmışdı.
Müəllif: Adəm
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...






.jpg)





























.jpg)


