Yaxın Şərq
İsrail Trampın planlarından narahatdır
İsrail hökumətində Ağ evin rəhbəri Donald Trampın İrana qarşı hücumların bərpası ilə bağlı ehtimal olunan qərarı fonunda son dərəcə gərgin atmosfer hökm sürür.
Publika.az xəbər verir ki, bu barədə İsrail rəsmisinə istinadla N12 telekanalı məlumat yayıb.
Məlumata görə, Təl-Əvivdə hesab edirlər ki, ABŞ Prezidenti hazırda İrana genişmiqyaslı zərbə endirməyə indiyədək olduğundan daha yaxındır və danışıqları “vaxt uzatma” kimi qiymətləndirir. Yüksəkvəzifəli rəsmilərin fikrincə, Tramp hələlik zərbələrin miqyasının necə olacağı barədə yekun qərar verməyib.
Mənbənin sözlərinə görə, gərginlik pik həddə çatıb. O vurğulayıb ki, Trampa təqdim olunan ssenari İranın enerji infrastrukturuna nöqtəvi zərbələrin endirilməsi ehtimalını nəzərdə tutur. Belə bir addım yəhudi dövlətində vəziyyəti sabitlikdən çıxara bilər.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun İordaniyada daha üç ABŞ qırıcısını məhv etdiyi barədə məlumat verilmişdi. Bildirilirdi ki, zərbə avqustun 1-i səhər saatlarında ballistik raketlərlə endirilib.
Xatırladaq ki, ABŞ Prezidenti Tehranla razılaşma naminə İrana qarşı planlaşdırılan güclü zərbəni ləğv etməyə razılıq verdiyini bəyan edib.
Hüseyn İbadlı
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO

























.jpg)











