Yaxın Şərq
İran mediası: Hörmüz boğazının açılmasına icazə verməyəcəyik!
İran Hörmüz boğazının açılmasına icazə verməyəcək və Tehranın guya Qətər vasitəçilərinin akvatoriyanın fəaliyyətinin bərpası ilə bağlı təklifini qəbul etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Publika.az xəbər verir ki, bu barədə Fars agentliyi İranın danışıqlar qrupundakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası ilə bağlı heç bir razılaşma əldə olunmayıb və bununla bağlı yayılan məlumatlar yalandır.
Agentliyin həmsöhbəti vurğulayıb ki, ABŞ "düşmənçilik hərəkətlərini davam etdirdiyi" müddətdə boğaz bağlı qalacaq.
Bundan əvvəl İsrailin N12 telekanalı ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan genişmiqyaslı zərbəni İranın xarici işlər naziri Abbas Əraqçinin Qətər vasitəçilərinin Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı kompromis təklifini qəbul etməsindən sonra ləğv etməyə razılaşdığını iddia etmişdi.
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar






































