Yaxın Şərq
İrana hücumu dayandırmağı hansı ölkələr xahiş edib? - İsrailin heç nədən xəbəri olmayıb
ABŞ prezidenti Donald Trampın İranla danışıqların avqustun 3-ü günortadan sonra başlayacağı ilə bağlı məlumat verdiyi haqda xəbər yaymışdıq.
Publika.az xəbər verir ki, bununla bağlı bəzi təfərrüatlar açıqlanıb. Tramp, həmçinin İrana hücumların dayandırımasını bir neçə ölkənin xahiş etdiyini bildirib:
“İran və digər Yaxın Şərq ölkələri bizdən hücum etməməyimizi istədilər, çünki razılaşmanın konturları bəllidir”.
ABŞ daha əvvəl Oman nümayəndə heyətinin Tehrana səfəri səbəbindən İrana qarşı zərbələri dayandırmışdı. Danışıqlar Hörmüz boğazında gəmiçiliyin bərpasına yönələcək.
Bu arada bəlli olub ki, Baş nazir Benyamin Netanyahu da daxil olmaqla, İsrail hakimiyyəti ABŞ-İran birgə hücumlarının ləğvi barədə Trampın “TruthSocial” sosial media platformasındakı paylaşımından xəbər tutub.
“Bir neçə saat ərzində bizi qaranlıqda qoydular. Prezident Tramp bizi qaranlıqda qoydu. Yüksək vəzifəli şəxslər baş verənlər barədə Trampın sosial mediası vasitəsilə məlumatlandırılırdı”, - İsrail tərəfi bildirib.
Müəllif: Tural
.
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar






































