Yaxın Şərq
Məhkəmə qərar verdi: Həbsxanaları qorumaq üçün timsahlardan istifadə qadağan edildi
Qüds Rayon Məhkəməsi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə terrorizmdə ittiham olunanların saxlanıldığı həbsxanaları qorumaq üçün timsahlardan istifadə etməyi qadağan edib.
Publika.az xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb.
"Bazar günü Qüds Rayon Məhkəməsi Ben Qvirə terrorçuları həbsxanada saxlamaq üçün timsahlardan istifadə etməyi qadağan edib", - nəşr yazıb.
Məhkəmə qərarının heyvan hüquqları təşkilatı olan "Let the Animals Live"ın apelyasiya şikayətindən sonra verildiyi və bu təşəbbüsə qarşı çıxdığı aydınlaşdırılır.
Qəzetin məlumatına görə, Ben-Qvir məhkəmə qərarını tənqid edərək bildirib ki, bu, hüquq sisteminin terrorçuları dəstəklədiyini göstərir və onları cilovlamaq üçün atılan addımlara mane olur.
Nəşr onun sözlərini sitat gətirib: "Bilirik ki, terrorçular timsahların peyda olmasından qorxurlar, amma bu gün məhkəmə onların köməyinə gəldi".
Müəllif: Tural
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi








































