Yaxın Şərq
Yenə də müəmma: Tramp bir söz deyir, İran başqa söz
ABŞ prezidenti Donald Tramp İranla yeni danışıqların yaxın bir-iki gün ərzində başlaya biləcəyini bildirib. O, Vaşinqtonla Tehran arasında mümkün razılaşmanı İran üçün "müharibənin genişlənməsinin qarşısını almaq üçün son şans" adlandırıb.
Publika.az xəbər verir ki, Trampın sözlərinə görə, danışıqların ilk mərhələsi Hörmüz boğazının yenidən açılması, ikinci mərhələsi isə İranın nüvə proqramının məhdudlaşdırılması olacaq.
ABŞ prezidenti İranla bağlı səbrinin tükəndiyini gizlətməyib.
"Onlar üçün bu, sənədə imza atmaq üçün son şansdır", - deyə Tramp vurğulayıb.
Buna baxmayaraq, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Vaşinqtonla danışıqların bərpa olunduğunu təkzib edib.
"Hazırda ABŞ ilə heç bir danışıqlar aparmırıq", - deyə o bildirib.
Məlumata görə, Tehran hazırda Omanla Hörmüz boğazından keçəcək müvəqqəti dəniz marşrutunun yaradılmasını müzakirə edir. Bu marşrut kommersiya gəmiçiliyinin bərpasına imkan verə bilər. İran tərəfi bildirib ki, bu həll yalnız daimi marşrut müəyyən edilənədək qüvvədə olacaq.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi








































