Yaxın Şərq
İran Trampa meydan oxudu: Güzəşt zəiflik kimi qəbul olunur
İran rəhbərliyi hesab edir ki, ABŞ ilə münasibətlərdə indiyədək nümayiş etdirilən çeviklik gözlənilən nəticəni verməyib, əksinə, Tehranın danışıqlardakı mövqeyini zəiflədib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" yüksəkvəzifəli İran rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, əvvəlki güzəştlər Vaşinqtonun təzyiqlərini daha da artırıb. Bu isə Tehranda belə bir qənaət formalaşdırıb ki, məzmunlu danışıqlara başlamazdan əvvəl İranın əlində təsir rıçaqları olmalıdır.
İran rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Tramp güzəştləri zəiflik əlaməti kimi qiymətləndirir və buna cavab olaraq təzyiq siyasətini gücləndirir. Buna görə də Tehran Vaşinqtonla yalnız bərabər şərtlərlə dialoq aparmağa imkan verəcək təsir vasitələri formalaşdırıldıqdan sonra irəliləyişin mümkün olacağına inanır.
Xatırladaq ki, daha əvvəl İranın ABŞ-ın Hörmüz boğazının açılması ilə bağlı son təklifini qəbul etməkdən imtina etdiyi bildirilmişdi.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi








































