Yaxın Şərq
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
ABŞ və İran arasında Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası ilə bağlı razılaşma artıq bu gün və ya sabah əldə oluna bilər.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində deyib.
"İran tərəfi ilə danışıqlar aparırıq. Düşünürəm ki, artıq bu gün və ya sabah boğazın açılması ilə bağlı razılığa gələ və bu münaqişədə daha normal vəziyyətə keçə bilərik", - nazir bildirib.
Bessent İranın gəmilərin keçidinə görə ödəniş alıb-almayacağı barədə suala cavabında qeyd edib ki, mümkün razılaşma tam sərbəst gəmiçilik prinsipini nəzərdə tutur.
"Bu, sərbəst hərəkət olacaq. Son günlər vəziyyət bir qədər gərgin olsa da, artıq görürük ki, bir çox gəmi Hörmüz boğazından keçməyə davam edir", - ABŞ maliyyə naziri vurğulayıb.
Müəllif: Adəm
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi








































