Yaxın Şərq
İran Hörmüz boğazında üstünlük qazanır - ABŞ-ı narahat edən razılaşma
İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpasına dair razılaşma istiqamətində mühüm irəliləyiş əldə ediblər.
Publika.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu razılaşma Yaxın Şərqdə müharibənin dayandırılması yolunda dönüş nöqtəsi ola bilər.
Məlumata əsasən, hazırlanan plana görə, gəmilər Fars körfəzinə İranın nəzarət etdiyi marşrutla daxil olacaq, çıxış isə Omanın nəzarətində olan dəhliz vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, təhlükəsizlik və dəniz mühitinin qorunması üçün xüsusi rüsumların tətbiqi nəzərdə tutulur.
Bildirilib ki, danışıqlar hələ yekunlaşmayıb və razılaşmanın son variantı dəyişə bilər. Eyni zamanda, mümkün saziş ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın ləğvi ilə əlaqələndirilir.
Ekspertlər hesab edirlər ki, Hörmüz boğazı üzərində İranın nəzarətinin rəsmiləşdirilməsi Tehran üçün mühüm strateji uğur olacaq. Bu səbəbdən Vaşinqtonun blokadanı aradan qaldırmaqdan imtina edərək razılaşmanın qarşısını almağa çalışacağı istisna edilmir.
ABŞ rəsmisi isə bildirib ki, Vaşinqton tərəflərdən heç birinin gəmi marşrutlarına və tranzit imkanlarına nəzarət etmədiyi əvvəlki vəziyyətin bərpa olunmasının tərəfdarıdır.
Müəllif: Adəm
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi








































