Yaxın Şərq
ABŞ-a sərt xəbərdarlıq: İran Körfəzi alova qərq edə bilər
İran ABŞ-ın mümkün yeni hücumunun bütün Fars körfəzi regionunda kritik enerji infrastrukturuna zərbələrlə cavablandırılacağını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tehranın mesajı açıq olub: "Əgər Vaşinqton İranın infrastrukturuna zərbə endirərsə, cavab olaraq Fars körfəzindəki enerji obyektləri və digər regional hədəflər vurulacaq".
Bildirilir ki, bu xəbərdarlıq ABŞ prezidenti Donald Trampın son bəyanatlarından sonra yüksək səviyyəli diplomatik təmaslar zamanı səsləndirilib. İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərdən olan həmkarları, eləcə də Pakistan Silahlı Qüvvələrinin baş komandanı ilə danışıqlar aparıb.
Əraqçi tərəfdaşlarını Donald Trampa təsir göstərərək onu İrana qarşı yeni hücumlardan çəkindirməyə çağırıb. Nazir vurğulayıb ki, İrana ediləcək istənilən hücum ABŞ-ın regiondakı maraqları və enerji obyektlərinə cavabla nəticələnəcək.
"Biz cavab zərbəsi endirməyə hazırıq. Lakin daha genişmiqyaslı eskalasiya və dağıntıların qarşısını almağın ən yaxşı yolu diplomatik həll yoludur", - deyə İran XİN rəhbəri bildirib.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi








































