Yaxın Şərq
ABŞ strateji müttəfiqindən neft idxalını SIFIRA ENDİRDİ
Səudiyyə Ərəbistanından ABŞ-a neft idxalı iyul ayında sıfıra enib.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Agentliyin məlumatına görə, bu, 1985-ci ildən bəri tədarükün tam bir ay müddətinə dayandırıldığı ilk haldır. Hələ cari ilin aprel ayında Vaşinqton Ər-Riyaddan gündə 600 min barrel-dən çox neft alırdı.
Hörmüz boğazında gəmiçiliyin pozulması ilə əlaqədar yaranan vəziyyətə görə Amerika neft emalı zavodları Səudiyyə tədarüklərinə əvəz axtarmağa başlayıblar.
Bu yaxınlarda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Birləşmiş Ştatların Prezidenti Donald Trampdan İrana zərbələri dayandırmağı xahiş edib. "Axios" portalının məlumatına görə, bin Salman Ağ Evin rəhbəri ilə telefon danışığı zamanı onun İrana qarşı irimiqyaslı zərbələr endirmək niyyətindən narahatlığını ifadə edib. O, Amerika liderini Vaşinqtonun fəaliyyət planına aydınlıq gətirməyə çağırıb.
Öz növbəsində, Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı ABŞ və İran arasında vasitəçilər vasitəsilə həyata keçirilən məsləhətləşmələrin son mərhələyə keçdiyini bildirib.
Xatırladaq ki, onilliklər ərzində "təhlükəsizlik müqabilində neft" prinsipinə əsaslanan ABŞ və Səudiyyə Ərəbistanı Yaxın Şərqdə əsas strateji müttəfiqlər hesab olunurlar, lakin son illərdə regional siyasət və enerji bazarı ilə bağlı bəzi məsələlərdə tərəflər arasında müəyyən fikir ayrılıqları da müşahidə edilir.
Hüseyn İbadlı
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq






.jpg)








.jpg)





















.jpg)


