“Flydubai” pilotunun şok planı üzə çıxdı
Bizi izləyin

Yaxın Şərq

“Flydubai” pilotunun şok planı üzə çıxdı

“Flydubai” pilotunun şok planı üzə çıxdı

“Flydubai” təyyarəsinin ikinci pilotu Təl-Əvivdəki Ben Qurion hava limanının terminalına çırpılmaq məqsədilə təyyarəni qaçırmağı planlaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə İsrailin televiziyasının 12-ci kanalı məlumat yayıb.

Məlumata görə, hindistanlı pilot Smit Maçhar dindirmə zamanı bildirib ki, planını təyyarə İsrail sərhədləri yaxınlığında, İordaniya üzərində uçarkən həyata keçirməyi nəzərdə tutub. Lakin kapitanın müdaxiləsi nəticəsində onun planı baş tutmayıb.

Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi insident səbəbindən Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş edib. Hadisə ilə bağlı araşdırma davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm