Yaxın Şərq
Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
Husilərin Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbələri fonunda “Brent” markalı neftin cari ilin dekabr ayına olan fyuçerslərinin qiyməti bir barrel üçün 103,3 ABŞ dollarını ötüb.
Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Ticarət məlumatlarına görə, saat 1:01-ə olan vəziyyətə əsasən, “Brent” markalı neftin qiyməti 0,55 faiz artıb. Bir barreli göstərilən qiymətlə satılıb.
Bir gün əvvəl “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanındakı “Aramco” şirkətinin iri neft Emalı zavoduna ballistik raketlər və dronlarla hücum etdiklərini bəyan ediblər. Obyekt Ər-Riyadın yaxınlığında yerləşir. Husilərin nümayəndəsi general Yəhya Saria bu hərəkətləri cavab tədbiri adlandırıb.
Bundan sonra Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin silahlı qüvvələri husilərə qarşı hərbi əməliyyata başlayıblar. Əməliyyata başlamaq barədə qərar qəbul edərkən hakimiyyət ölkənin suverenliyini və xalqın maraqlarını qorumalı olduğu prinsipi ilə rəhbərlik edib.
Yəməndə gərginlik iyulun ortalarında, hökumətyönlü qüvvələr husi nümayəndə heyətinin olduğu İran təyyarəsinin enişi zamanı Səna aeroportuna hücum etdikdən sonra başlanıb. Onlar baş verənlərdə Səudiyyə Ərəbistanını günahlandıraraq ona müharibə elan ediblər. O vaxtdan bəri tərəflər müntəzəm olaraq bir-birinə zərbələr endirirlər.
Hüseyn İbadlı
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ




































