Yaxın Şərq
İran hədələdi: Hərbi əməliyyatlar başlasa, onun alovu hamını bürüyəcək
İran ABŞ-ı Konqresə keçiriləcək aralıq seçkilərdən əvvəl və ya sonra ölkəyə qarşı hərbi əməliyyata başlamaqdan çəkindirib.
Publika.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdollahı bildirib. Deyib ki, Vaşinqton seçkilərin nəticəsindən asılı olmayaraq İrana qarşı hər hansı addım atarsa, Tehran buna sərt cavab verəcək.
Abdollahı xəbərdarlıq edib ki, ABŞ özü və ya İsrailin təhriki ilə İrana qarşı hərəkətə keçərsə, İran Silahlı Qüvvələri dərhal və heç bir məhdudiyyət olmadan ABŞ-ın maraqlarına güclü zərbələr endirəcək.
“Əgər yenidən hərbi əməliyyatlar başlasa, onun alovu hamını bürüyəcək”, - deyə yüksək rütbəli iranlı hərbçi bildirib.
İranlı general həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) ölkənin nüvə obyektləri ilə bağlı açıqlamalardan çəkinməyə çağırıb. O, Tehranın nüvə silahı əldə etməyə çalışdığı barədə iddiaları “böyük yalan” adlandırıb və belə bəyanatların İrana qarşı yeni müharibəyə bəhanə kimi istifadə oluna biləcəyini bildirib.
Müəllif: Adəm
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO




























_(1).jpg)









