Yaxın Şərq
Qolan təpələrində yeni müdafiə xətti qurulur - İsrail nəyə hazırlaşır?
İsrail Qolan təpələri ətrafında mövqelərini gücləndirmək üçün yeni müdafiə xətti inşa edir.
Publika.az xəbər verir ki, “The National” bu barədə İordaniya təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Sufa-53” adlandırılan xətt Dəməşqin qərbindən İordaniya sərhədinədək uzanacaq. İsrail qüvvələri həmin xətt üzrə qazıntı və möhkəmləndirmə işlərini yenidən intensivləşdirib. Layihə çərçivəsində yolun salınması, maneələrin, müşahidə məntəqələrinin və atəş mövqelərinin yaradılması nəzərdə tutulur. İsrail bu layihəyə 2022-ci ildə başlayıb və məqsədin “Hizbullah” və digər silahlı qrupların əraziyə keçməsinin qarşısını almaq olduğu bildirilib.
Dəməşq İsraili sərhəd bölgəsində tikinti işləri aparmaqla 1974-cü il sazişini pozmaqda ittiham edib. Qətər və İordaniya da layihə ilə bağlı narahatlıqlarını bildiriblər.
Qeyd edək ki, Qolan təpələri İsrail və Suriya arasında mübahisəli ərazi olaraq qalır. İsrailin 1981-ci ildə ərazini ilhaq etməsi beynəlxalq ictimaiyyətin böyük hissəsi tərəfindən tanınmayıb.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
















.jpg)





.jpg)


.jpg)













