Yaxın Şərq
İsrail Qəzzaya görə həyəcan siqnalı verdi: Ordu “ən pis ssenariyə” hazırlaşır
İsrailin müdafiə naziri İsrael Katz Qəzza zolağında yerləşən ordu bölmələrinin hazırlıq səviyyəsinin artırılması barədə göstəriş verib. Qərar HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunun ildönümü ərəfəsində qəbul edilib.
Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.
Katz bildirib ki, İsrail qüvvələrinə qarşı hər hansı təxribat baş verərsə, buna sərt cavab veriləcək. Onun sözlərinə görə, İsrailin kəşfiyyat məlumatları HƏMAS-ın məhz oktyabrın 7-də Qəzzadakı İsrail hərbçilərinə hücum etməyə cəhd göstərə biləcəyinə işarə edir.
Nazir orduya bütün mümkün ssenariləri hesablayaraq hazırlıq səviyyəsini yüksəltmək tapşırığı verib. O, İsrail hərbçilərinin zərər görəcəyi təqdirdə bunun məsuliyyətinin HƏMAS-ın və Qəzza sakinlərinin üzərinə düşəcəyini, ağır bədəl ödəyəcəklərini deyib.
Bununla yanaşı, İsrail Qəzza zolağı ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayıb. İordan çayının qərb sahilində də oktyabrın 5-dən 7-dək tam məhdudiyyət rejimi tətbiq edilir. Bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətinin əlaqələndirilməsi idarəsi (COGAT) məlumat yayıb.
Qeyd edək ki, HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Hücum nəticəsində təxminən 1200 nəfər ölüb, 251 nəfər girov götürülüb. İsrail buna cavab olaraq Qəzzada hərbi əməliyyata başlayıb.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













